Türkiyə klubunun israilli futbolçusu həbs edildi
Türkiyənin “Antalyaspor” klubunun israilli futbolçusu Sagiv Yehezkel həbs edilib
Türkiyənin “Antalyaspor” klubunun israilli futbolçusu Sagiv Yehezkel həbs edilib.
Buna səbəb onun “Trabzonspor”la matçda vurduğu qolu İsraillə Fələstin arasındakı döyüşlərin başlamasının 100 günü tamam olmasına həsr etməsidir.
Futbolçu qolu vurduqdan sonra əlindəki “100 gün” yazısı və “Davud ulduzu”nu kameralara göstərib.
Matçdan sonra Antalya Baş Prokurorluğu futbolçu haqqında həbs qərarı çıxarıb. Yehezkel “insanları kin və düşmənçiliyə təhrik etmək” maddəsi ilə günahlandırılır.
Futbolçunun bu gün məhkəməyə göndəriləcəyi bildirilib.
“Antalyaspor” prezidenti Sinan Boztepe açıqlama verərək israilli oyunçunun müqaviləsinin ləğv ediləcəyini deyib: “Milli dəyərlərimiz hər şeydən üstündür”.