Vilyam Hacıyev DTX əməliyyatı ilə belə ələ keçdi - ANBAAN VİDEO
Dövlət Təhlükəsizliyi Xidməti İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin saxlanılmasının əməliyyat görüntülərini yayıb.
ÜMİDTV.com: Oxu.Az-ın məlumatına görə, V.Hacıyevin icra hakimiyyətinin sərəncamında olan vəsaitlərin sosial yardım adı altında bir hissəsini ələ keçirməsi, eləcə də, ölkə ərazisində xüsusi karantin rejiminin tələblərinin pozulması ilə sərbəst hərəkət etmək üçün bəzi vətəndaşlara saxta arayışlar verdiyi müəyyən olunub.
O, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsənilən pul vəsaitlərini sahibliyində olan yaşayış evində qəbul edib.
Həmin görüntüləri təqdim edirik: