Azərbaycanda insanların çölə çıxmasına qadağa qoyula bilər - AÇIQLAMA

ÜMİDTV.com: Bununla bağlı depututat Aydın Mirzəzadə bildirib ki, hər bir ölkə koronavirusun yayılma sürətinə görə qərarlar qəbul edir:
"Türkiyə böyük ölkədir. Oraya gediş-gəliş həddindən artıq çoxdur. Ona görə də yoluxanların sayı kifayət qədərdir. Türkiyənin belə bir addım artması koronavirusun ölkə ərazisində qarşısını almaq məqsədi daşıyır. Azərbaycanda da koronavirusa yoluxanların sayı çoxalsa, bu cür addım atıla bilər. Hazırda Azərbaycan koronavirusa yoluxanlar və ölənlərin sayına görə öndədir. Bugünkü məhdudiyyətlər elektron icazə üsulu və müəyyən bölgələrin karantində saxlanması günün tələblərinə cavab verir. Əgər Bakı, Sumqayıt, Abşeron və Lənkəranda kəskin artım müşahidə olunsa, Azərbaycanda da bu tədbiq edilə bilər. Vaxtaşırı Operativ Qərargah mövcud vəziyyətlə bağlı məlumat yayır. Hər şey insanların sosial davranışından asılıdır. Maska taxılsa, sosial məsafə qorunsa, ehtiyac olmadıqca evdən çölə çıxılmasa hesab edirəm ki, bunu etməyə ehtiyac qalmayacaq".(Mənbə: Sonxeber.az)