Prezident bu rayonlara yeni icra başçıları TƏYİN ETDİ
Prezident İlham Əliyev iki yeni icra başçısı təyin edib.
Prezident bu rayonlara yeni icra başçıları TƏYİN ETDİ

ÜMİDTV.com: Dövlət başçısı Seymur Vaqif oğlu Orucovun Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.
Prezidentin başqa bir sərəncamı ilə Elçin Adil oğlu Rzayev İmişli Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Qeyd edək ki, Elçin Rzayev bu təyinata qədər Yasamal Rayon İcra Hakimiyyəti başçısının I müavini vəzifəsində işləyib.