Ramazan bayramı münasibətilə Yardımlı RİH-ti bayram sovqatı paylayıb-FOTO/VİDEO

ÜMİDTV.com: 11 ayın soltanı olan Ramazan bayramında Ölkə Prezidenti, Heydər Əliyev Fondu və Yardımlı rayon İcra Hakimiyyəti, rayonda yaşayan aztəminatlı ailələri, Şəhid ailələrini və Milli Qəhrəman ailələrini həmişə olduğu kimi yaddan çıxarmadı. Bu ailələr daim dövlətin diqqət və qayğısı ilə əhatə olunub.
Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev cənablarının xüsusi tapşırığı əsasında və Heydər Əliyev Fondunun dəstəyi ilə, eyni zamanda rayon icra hakimiyyətlərinin təşəbbüsü ilə respublikada yaşayan şəhid və Milli Qəhrəman ailələrinə, o cümlədən də tənha və aztəminatlı ailələrə bayram günlərində ərzaq sovqatları paylanmaqdadır.
Ötən gündən başlayaraq Yardımlı rayonunda da Ölkə Prezidentinin tapşırığı əsasında Yardımlı rayon icra hakimiyyəti və Heydər Əliyev Fondu tərəfindən rayonda yaşayan Şəhid və Milli Qəhrəman ailələrinə, həmçinin tənha və aztəminatlı yardıma ehtiyacı olan ailələrə Ramazan bayramı münasibətilə bayram sovqatları paylanıb.
Daim dövlətin diqqət və qayğısında olan Yardımlı rayonunun şəhid və Milli Qəhrəman ailələri, o cümlədən tənha və aztəminatlı ailələr, onlara diqqət və qayğı göstərən, bayram günlərində onları yaddan çıxarmayan Ölkə Prezidentinə, Ölkənin Birinci Vitse Prezidentinə, Heydər Əliyev Fonduna və Yardımlı rayon İcra Hakimiyyətinin Başçısına təşəkkür və minnətdarlıqlarını bildiriblər.
Bayram sovqatları ailələrə təqdim olunan zaman rayon icra hakimiyyətinin nümayəndələri Ölkə Prezidenti və Birinci Vitse Prezident adından, həmçinin rayon icra hakimiyyəti adından ailələri Ramazan Bayramı münasibəti ilə təbrik ediblər, onların daim dövlətimizin diqqətində olduğunu ifadə ediblər.
Ümid Tv / Bölgə Xəbər Yardımlı
VİDEO XƏBƏR