YARDIMLI RAYON ICRA HAKIMIYYƏTININ AZTƏMINATLI AILƏLƏRƏ BAYRAM SOVQATI – FOTO

Yardımlı rayon İcra Hakimiyyətinin aztəminatlı ailələrə yardım təşəbbüsü davam edir.

YARDIMLI RAYON ICRA HAKIMIYYƏTININ AZTƏMINATLI AILƏLƏRƏ BAYRAM SOVQATI – FOTO

ÜMİDTV.com:      Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi əsasında Paytaxtda və regionlarda aztəminatlı ailələrə davamlı olaraq ərzaq yardımlarının paylanması, bununla yanaşı ölkədə aparılan sosial-iqtisadi tədbirlərin həyata keçirilməsi Azərbaycan vətəndaşlarının rifahının yaxşılaşdırılmasına yönəlib.

Son gunlər  bu proqramın icrasında fəallıq nümaiş etdirən Yardımlı rayon İcra hakimiyyəti , bu dəfə rayonun  Burzumbul,  Daşkənd,  Əsədəbad,  Şıxlar,  Gendərə,  Ostayır, Koryədi , Dəryavar,  Osnaqaran, Solqart, Bozayran və digər kəndlərdə yaşayan aztəminatlı ailələrə bayram sovqatları paylayıb. Daim dövlətin diqqət mərkəzində olan aztəminatlı ailələr, onlara bu çətin gündə gəstərilən qayğıya görə Ölkə Prezidenti cənab  İlham Əliyevə , Azərbaycanın Birinci Xanımı, Ölkənin Birinci Vitse Prezidenti Mehriban xanım Əliyevaya, və Yardımlı rayon İcra Hakimiyyətinə minnətdarlıqlarını bildiriblər.

Bayram sovqatlarını çatdıran rayon İcra Hakimiyyətinin nümayəndələri  vətəndaşlara  aztəminatlı ailələrin Dövlətin və  İcra Hakimiyyətinin  daim diqqətində olduğunu çatdırıblar.

Yardımlı rayon İcra hakimiyyəti  yardım aksiyasının davamlı olacağını qeyd edib.

Ümid Tv Bölgə Xəbər