Tramp: Tezliklə tarixin ən böyük silahına sahib olacağıq
Sən saydığını say, gör fələk nə sayır !- Redaktordan
Tramp: Tezliklə tarixin ən böyük silahına sahib olacağıq

ÜMİDTV.com: ABŞ Prezidenti Donald Tramp ölkəsinin tezliklə indiyə qədər mövcud olan “ən böyük silah”a sahib olacağını açıqlayıb.
Bu barədə TASS məlumat yayıb.
“Tezliklə Marsa eniş edəcəyik və tarixdə təsəvvür edilə bilən ən böyük silahlara sahib olacağıq”, - deyə D.Tramp bildirib.
ABŞ prezidenti hansı silahları nəzərdə tutduğunu açıqlamasa da, artıq hazırlıqlarla tanış olduğunu vurğulayıb. Bu cür silahın mövcudluğuna prinsipial olaraq inana bilmədiyini qeyd edən D.Tramp prototipləri şəxsən gördüyünü qeyd edib.