Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının xilaskarıdır adlı esse müsabiqəsi təşkil ediləcək - MİLLİ MƏCLİS

ÜMİDTV.com: Milli Məclis Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Metbuat.az-a bildiriblər ki, parlamentin Gənclər və idman komitəsi Milli Qurtuluş Günü ilə əlaqədar gənclər arasında “Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının xilaskarıdır” adlı esse müsabiqəsi təşkil edəcək.
Müsabiqədə iştirak etmək istəyən gənclər (14-29 yaş) qeyd olunan mövzuda hazırladıqları yazıları komitənin [email protected] ünvanına göndərilməlidirlər.
Yazılar müsabiqə komissiyası tərəfindən yoxlanılacaq, bu səbəbdən də aşağıdakı tələblərə cavab verməlidir:
• Azərbaycan (rus, ingilis və digər) dilində və “Times New Roman” şrifti ilə14 ölçüdə hazırlanmalı;
• Yazının həcmi 5 – 7 vərəq arasında olmalı;
• Eyni məzmunlu yazılardan istifadə edilməməlidir.
Müsabiqənin qalibləri sertifikatla mükafatlandırılacaq, yazılarının çap olunması təmin olunacaq.