Sərt karantin rejimində bu yerlər fəaliyyətini davam etdirəcək - RƏSMİ AÇIQLAMA

ÜMİDTV.com: Nazirlər Kabinetindən verilən məlumata görə, aşağıda qeyd edilənlər istisna olmaqla, bütün iş, xidmət, o cümlədən ticarət sahələri üzrə fəaliyyət dayandırılacaq:
1.1.1. siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilən dövlət orqanlarının (qurumlarının) və digər təşkilatların fəaliyyəti;
1.1.2. xəstəxanalar və təcili tibbi yardım müəssisələrinin fəaliyyəti;
1.1.3. sosial xidmət müəssisələrinin fəaliyyəti, o cümlədən əqli və hissiyat pozuntusu olan, habelə xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün baxıcılıq xidməti;
1.1.4. kommunal xidmətlər (su təchizatı və kanalizasiya, qaz təchizatı, istilik təchizatı, enerji paylanması, məişət tullantılarının yığılması və utilizasiyası);
1.1.5. elektrik enerjisinin istehsalı və təchizatı;
1.1.6. meliorasiya və su təsərrüfatı;
1.1.7. rabitə xidmətləri;
1.1.8. teleradio yayımçılarının (televiziya və radio kanalları, kabel televiziyaları) fəaliyyəti;
1.1.9. dəmir yolu, avtomobil, dəniz, hava nəqliyyatı ilə yük daşımaları;
1.1.10. boru kəmərləri ilə nəqliyyatın təmin edilməsi fəaliyyəti;
1.1.11. fasiləsiz istehsalat fəaliyyəti (istehsalat-texniki şərtlərə görə fəaliyyətinin dayandırılması mümkün olmayan müəssisələr);
1.1.12. neft və qazın hasilatı, emalı, saxlanması və satışı;
1.1.13. fəaliyyəti dayandırılmış iş və xidmət sahələrinin mühafizə və texniki təhlükəsizliyinin təmin edilməsi üzrə xidmətləri.