İranda koronavirusun yayılması sürətləndi - 75 ÖLÜ
İranda koronavirusa yoluxanların sayı yenə artıb.
İranda koronavirusun yayılması sürətləndi - 75 ÖLÜ

ÜMİDTV.com: Bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur bildirib. Onun sözlərinə görə, ölkədə daha 2 269 nəfərdə koronavirus aşkarlanıb. Bununla da İranda yoluxma faktlarının sayı 169 425-ə çatıb.
K.Cahanpur bildirib ki, ölkədə koronavirusdan ölənlərin sayı daha 75 nəfər artaraq 8 209 nəfərə yüksəlib. O həmçinin 2 578 pasiyentin vəziyyətinin ağır olduğunu vurğulayıb.
Bundan başqa, indiyədək 132 038 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb.