ÜST-dən ŞAD XƏBƏR! Covid-19- un peyvəndi bu tarixdə hazır olacaq

ÜMİDTV.com: Bu barədə İtaliyanın Səhiyyə nazirinin müşaviri, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ölkədəki nümayəndəsi Valter Riççardi bildirib.
“Əgər hər şey yaxşı getsə, payız, ya da qışda bizdə peyvəndin ilk dozaları ola bilər”, - deyə nazir müşaviri vurğulayıb.
Onun sözlərinə görə, Avropa koronavirus əleyhinə peyvəndin hazırlanması prosesində ABŞ-ı qabaqlayır, Oksford Universiteti və İtaliyanın “Irbm” şirkətinin müştərək hazırladığı peyvənd digərləri ilə müqayisədə daha inkişaf etmiş mərhələdədir.
ÜST-ün nümayəndəsi oktyabr ayında pandemiyanın ikinci dalğasının mümkünlüyünə də toxunub. O vurğulayıb ki, buna heç kim tam əmin ola bilməz.
“Lakin biz hesab edirik ki, virusun yoxa çıxma ehtimalı azdır. Biz mümkün zəlzələ ilə toqquşmağa hazır olmalıyıq”, - deyə V. Riççardi qeyd edib.
Qeyd edək ki, may ayının ortasında “Irbm” şirkətinin baş direktoru Pyero Di Lorentso bildirib ki, peyvənd üzərində iş inanılmaz dərəcədə sürətlənib. (Mənbə: Ria3 TK)