Artıq xəstəxanalar dolub, yer qıtlığı yaşayırıq - TƏBİB-dən həyəcan

ÜMİDTV.com: Bu suallara TƏBİB-in yoluxucu xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev cavab verib.
''Bəli, artıq xəstəxanalarda yer dolub. Biz dəfələrlə mətbuata açıqlayırdıq ki, əgər yoluxma sayı nəzarətimizdən çıxarsa, yəqin ki, xəstəxanaya ehtiyacı olan insanların sayı da artacaq. Bu baxımdan hazırda yer qıtlığı yaşayırıq. Ona görə də biz yüngül və orta xəstələri ağırlıq dərəcəsinə görə bölüb yüngül xəstələri evdə, ağır xəstələri isə xəstəxanda müalicə edəcəyik.
Hazırda yer qıtlığı yaşayırıq. Sağalıb evə gedən xəstə sayı daha azdır, nəinki yeni yoluxan xəstə sayı. Tutaq ki, günə 100 xəstə sağalıb evinə gedir. Amma yeni yoluxma halları 300-ün üzərindədir. Bu zaman, təbii ki, biz xəstəxanalarda yer sayı problemi yaşayacağıq.''(Qafqazinfo)