Bakıda gənc oğlan boğazından bıçaqlandı
Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.
Bakıda gənc oğlan boğazından bıçaqlandı

ÜMİDTV.com: Müzəffər Həsənov küçəsində yerləşən 1 saylı Vərəm Əlehyinə Dispanserin qarşısında dayanan 1995-ci il təvəllüdlü Kərimov Elvin Manaf oğluna naməlum şəxs yaxınlaşıb və onunla mübahisə edib. Sonradan tərəflər əlbəyaxa dava edib. Bu zaman E.Kərimov boğaz nahiyəsindən bıçaqlanıb.
Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Fakt araşdırılır.