Müdafiə Nazirliyi: ''Ermənistanın PUA-sı vuruldu, döyüş heyəti məhv edildi''
Bu dəqiqələrdə Ermənistan silahlı qüvvələrinə məxsus PUA vurulub və düşmənin atəş mövqeyində yerləşən artilleriya qurğusu döyüş heyəti ilə birlikdə bölmələrimizin sərrast atəşi ilə məhv edilib.
Müdafiə Nazirliyi: ''Ermənistanın PUA-sı vuruldu, döyüş heyəti məhv edildi''

ÜMİDTV.com: Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Ermənistan kütləvi informasiya vasitələrində Azərbaycan Ordusunun bölmələrinə məxsus növbəti PUA-nın guya vurulması barədə yayılan məlumata gəldikdə isə bildiririk ki, bu dezinformasiyadır, həqiqəti əks etdirmir və Ermənistan Müdafiə Nazirliyi rəsmisinin öz uydurmasıdır.
Azərbaycan Ordusunun bölmələrinə məxsus PUA-lar tam tərkibdə sıradadır və heç bir itki yoxdur.