Gürcüstandan daha 74 Azərbaycan vətəndaşı gətirilir
Gün ərzində 74 Azərbaycan vətəndaşının Gürcüstandan təxliyə edilməsi planlaşdırılır.
Gürcüstandan daha 74 Azərbaycan vətəndaşı gətirilir

ÜMİDTV.com: Təxliyə olunacaq şəxslər artıq COVID-19 testi veriblər. Testi neqativ çıxan şəxslər ayrılmış xüsusi avtobuslarla "Sınıq Körpü" sərhəd-keçid məntəqəsinə gətiriləcəklər.
Qeyd edək ki, qaydalara əsasən ölkəyə gələn vətəndaşlardan koronavirus testi neqativ çıxanlar karantində saxlanılmır.