Erməni təcavüzü nəticəsində Azərbaycanın itkiləri açıqlandı - RƏSMİ

Erməni təcavüzü nəticəsində Azərbaycanın itkiləri açıqlandı - RƏSMİ

Erməni təcavüzü nəticəsində Azərbaycanın itkiləri açıqlandı - RƏSMİ

ÜMİDTV.com:        Ermənistan Silahlı Qüvvələrinin ağır artilleriya silahlarından 27 sentyabrdan hazırkı vaxtadək əhalinin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 19 dinc sakin həlak olub. 

Oxu.Az-ın müxbirinin məlumatına görə, bunu Baş prokuror Kamran Əliyev Baş prokurorluqda Ermənistan Silahlı Qüvvələri tərəfindən dinc əhalimizə qarşı törədilmiş cinayətlərlə bağlı keçirilən brifinqdə deyib.

O bildirib ki, həlak olanlardan 14-ü kişi, üçü qadın, ikisi azyaşlıdır.

“Həlak olan dinc sakinlərin səkkizi Tərtər,  beşi Goranboy, dördü Ağdam, ikisi isə Füzuli rayonu sakinləridir”.

“Ermənistan Silahlı Qüvvələrinin təxtibatları nəticəsində yaralanan dinc sakinlərin sayı 63-dür.

Onlardan 53-ü kişi, altısı qadın, biri isə azyaşlıdır. Yaralılardan 26-sı Tərtər rayon sakini, 14-ü Ağdam sakini, 10-u Ağcəbədi, altısı Füzuli, ikisi Goranboy, ikisi Bərdə, biri Daşkəsən, biri Xocalı, biri Cəbrayıl sakinləridir”.

Qeyd edək ki, Ermənidtan silahlı qüvvələrinin təxribatları nəticəsində 44 mülki obyekt, 181 yaşayış evi yararsız hala düşüb.