Virtual məktəbdə qeydiyyat müvəqqəti dayandırılır
Virtual məktəbdə qeydiyyat müvəqqəti dayandırılır
Virtual məktəbdə qeydiyyat müvəqqəti dayandırılır

ÜMİDTV.com: Sentyabrın 8-dən etibarən “Virtual məktəb”də qeydiyyat prosesi müvəqqəti olaraq dayandırılır.
Təhsil Nazirliyinin məlumatına görə, qeydiyyatın dayandırılması yeni tədris ilinin başlanması ilə əlaqədar profilaktik işlərin aparılması məqsədi daşıyır. Qeydiyyat sistemi sentyabrın 14-dən etibarən yenidən aktivləşəcək.
Qeyd edək ki, bu müddət ərzində qeydiyyatdan keçmiş və “Virtual məktəb” platformasında artıq mövcud istifadəçi profili olan müəllim və şagirdlər sistemdən istifadə edə biləcəklər.