ABŞ-ın bir ştatında fövqəladə rejim elan edildi
ABŞ-ın bir ştatında fövqəladə rejim elan edildi
ABŞ-ın bir ştatında fövqəladə rejim elan edildi

ÜMİDTV.com: ABŞ-ın Viskonsin ştatında koronavirusla bağlı tətbiq edilən məhdudiyyətlər sərtləşdirilib.
Ştatda fövqəladə vəziyyət elan olunub. Həmçinin bildirilib ki, insanların sıx toplaşdığı qapalı yerlərdə 5 yaşdan yuxarı şəxslərin maska taxması məcburidir.
Məlumatda bu il ABŞ-da 100-dən çox uşağın koronavirusdan öldüyü bildirilib. Viskonsin ştatında isə 12 uşaq koronavirusdan ölüb.
Qeyd edək ki, ABŞ-da 6,86 milyon insana koronavirusa yoluxub, 200 mindən çoxu həyatını itirib.
Mənbə: TASS