Qırğızıstandakı iğtişaşlarda mindən çox insan yaralanıb

Qırğızıstandakı iğtişaşlarda mindən çox insan yaralanıb

Qırğızıstandakı iğtişaşlarda mindən çox insan yaralanıb

ÜMİDTV.com:    Qırğızıstandakı iğtişaşlar nəticəsində mindən çox insan yaralanıb.

Bu barədə “İnterfaks” ölkənin Səhiyyə Nazirliyinə istinadən xəbər yayır.  

Bildirilir ki, etiraz aksiyalarından sonra 1002 nəfər tibbi yardım istəyib, onlardan 204-ü xəstəxanaya yerləşdirilib.

Bir nəfərin öldüyü qeyd edilir.

Xatırladaq ki, Qırğızıstanda oktyabrın 4-də parlament seçkilərindən sonra iğtişaşlar başlayıb.