Braziliyalı futbolçu Koutinyo qəfildən vəfat edib
Braziliyalı futbolçu Koutinyo qəfildən vəfat edib
Braziliyalı futbolçu Koutinyo qəfildən vəfat edib

ÜMİDTV.com: Braziliyalı futbolçu Rafael Koutinyo qəfildən vəfat edib. 36 yaşlı yarımmüdafiəçi oktyabrın 4-də ölüb.
“Globoesporte”un məlumatına görə, idmançı həyat yoldaşı ilə birlikdə restoranda olarkən səhhəti pisləşib və təcili xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, oyunçunun həyatını xilas etmək mümkün olmayıb. O, ürək tutmasından keçinib.
Koutinyo 2003-2007-ci illərdə “Vasco Da Gama” klubunda çıxışları ilə tanınıb.
2018-ci ilin dekabrından braziliyalı futbolçu sərbəst agent statusunda idi.