Anar Kərimov: “Gələn il Şuşada konsert, Cıdır düzündə Çövkən oyunu keçirəcəyik”
Anar Kərimov: “Gələn il Şuşada konsert, Cıdır düzündə Çövkən oyunu keçirəcəyik”
Anar Kərimov: “Gələn il Şuşada konsert, Cıdır düzündə Çövkən oyunu keçirəcəyik”

“Dünən şanlı ordumuz Şuşamızı bizə qaytardı. 28 illik həsrətdən sonra Şuşa tarixi sahiblərinə qayıdıb”.
Oxu.Az-ın müxbirinin məlumatına görə, bunu Birinci Fəxri Xiyabanda Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini icra edən Anar Kərimov bir qrup mədəniyyət və incəsənət xadimi ilə birgə Ulu Öndərin və Qarabağ - Şuşadan olan dahilərimizin məzarlarını ziyarət edərkən deyib.
Onun sözlərinə görə, dahi şəxsiyyətlərimizin ruhları şad olsun ki, artıq Şuşa azaddır:
“Əminəm ki, gələn il Şuşada konsert, Cıdır düzündə çövkən oyunu keçirəcəyik. O Cıdır düzü ki, o, mənfur düşmən tərəfindən murdarlanmışdı”.
İlhamə Əbülfət