Azərbaycanda əməkhaqqı 17,1 faiz artıb
Azərbaycanda əməkhaqqı 17,1 faiz artıb
Azərbaycanda əməkhaqqı 17,1 faiz artıb

2020-ci ilin yanvar-sentyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 706,6 manat olub.
Dövlət Statistika Komitəsindən əldə olunan məlumata əsasən, əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 17,1 faiz artıb.
İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.