Ölkədə 7,5 milyard manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal edilib
Ölkədə 7,5 milyard manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal edilib
Ölkədə 7,5 milyard manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal edilib

2020-ci ilin yanvar-oktyabr ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 7 milyard 480 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən əldə etdiyimiz məlumata əsasən, bu məhsulların 3 milyard 634,3 milyon manatı heyvandarlıq, 3 milyard 845,7 milyon manatı isə bitkiçilik məhsullarının payına düşüb.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsullarının istehsalı 1,6 faiz artıb.
Eləcə də, heyvandarlıq məhsulları üzrə istehsal 3 faiz, bitkiçilik məhsulları üzrə istehsal həcmi isə 0,2 faiz artıb.