Çili sahillərində 6.2 ballıq zəlzələ
Çili sahillərində 6.2 ballıq zəlzələ
Çili sahillərində 6.2 ballıq zəlzələ

Çili sahillərində 6.2 bal gücündə zəlzələ baş verib.
Bu barədə TASS ABŞ-ın Geoloji Xidmətinə istinadən xəbər yayıb.
Seysmoloqların məlumatına görə, yeraltı təkanların episentri 200 minə yaxın insanın yaşadığı Talka şəhərindən 163 kilometr şimal-qərbdə qeydə alınıb. Zəlzələ ocağı 10 kilometr dərinlikdə olub.
Zəlzələ nəticəsində yaralananlar, ölənlər və ya sunami xəbərdarlığı barədə informasiya verilməyib.