Araz Abdullayev Türkiyədə koronavirusdan qaça bilmədi

ÜMİDTV: Türkiyənin I divizion klubu “Boluspor”da koronavirusa yoluxma kütləvi hal almağa davam edir.
İki gün əvvəl “Ankaraspor”la matça komanda 12 futbolçusu olmadan çıxıb. Bunlardan doqquz futbolçu koronavirusa yoluxma səbəbi ilə karantinə alınıb. Buna baxmayaraq, həmin matçın son dəqiqələrində iki qol vuran “Boluspor” rəqibinə 2:0 hesabı ilə qalib gəlməyi bacarıb və 10 tur ərzində ilk qələbəsini qazanıb.
Yoluxan futbolçular arasında Araz Abdullayev də var. Məhz bu səbəbdən futbolçu millimizin də Sloveniya, Monteneqro və Lüksemburqla matçlarına çağrılmayıb. Həmçinin, o, klubunun son qələbəsi zamanı heyətdə yer almayıb.
Qeyd edək ki, sentyabrda “Boluspor”a keçən Araz Abdullayev bu komandada dörd oyuna çıxıb. Onun komandası hazırda 7 xalla 15-ci sırada qərarlaşıb.