Teymur Rəcəbov 1/4 finala qələbə ilə başlayıb
Teymur Rəcəbov 1/4 finala qələbə ilə başlayıb
Teymur Rəcəbov 1/4 finala qələbə ilə başlayıb

Onlayn şahmat üzrə “Skillinq open” turnirində pley-off mərhələsi start götürüb.
16 şahmatçının dairəvi sistemlə mübarizəsindən sonra ən yaxşı 8 iştirakçı 1/4 finalda qüvvəsini sınayır.
Azərbaycan qrossmeysteri Teymur Rəcəbov Uesli So ilə ilk matçı vaxtından əvvəl başa vurub. Şahmatçımız 4 partiyadan ibarət olması nəzərdə tutulan görüşdə 2,5:0,5 hesablı qələbə əldə edib. Təmsilçimiz ABŞ-dan olan rəqibi ilə 4 partiyadan ibarət daha bir matç keçirəcək.
İkinci matç və zərurət yaransa taybrek noyabrın 26-da baş tutacaq.
Qeyd edək ki, ümumi mükafat fondu 100 000 ABŞ dolları təşkil edən turnirin qalibi 30 000 dollara sahib olacaq.