Düşmən bu gün səhər saatlarında Goranboy rayonunu atəşə tutub - FOTO
Düşmən bu gün səhər saatlarında Goranboy rayonunu atəşə tutub - FOTO
Düşmən bu gün səhər saatlarında Goranboy rayonunu atəşə tutub - FOTO

ÜMİDTV.com: Ermənistan silahlı qüvvələri bu gün səhər saatlarında Goranboy rayonu Ağcakənd qəsəbəsini atəşə tutub.
Oxu.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, səhər saat 06:00 radələrində Ermənistan silahlı qüvvələrinin atdığı top mərmisi qəsəbədə yerləşən Xocalı Rayon Polis Şöbəsinin inzibati binasına düşüb:
“Bina yararsız vəziyyətə düşüb. Ölən və yaralanan olmayıb. Bundan əlavə qəsəbə ərazisində, eləcə də qəsəbənin müxtəlif kəndlərində onlarla fərdi yaşayış evlərinə, əhalinin təsərrüfatına ciddi ziyan dəyib, mal-qara tələf olub”.