Şirvanda avtomobil piyadanı vurub öldürdü, sürücü hadisə yerindən qaçdı
Şirvanda avtomobil piyadanı vurub öldürdü, sürücü hadisə yerindən qaçdı
Şirvanda avtomobil piyadanı vurub öldürdü, sürücü hadisə yerindən qaçdı

Şirvanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, Şirvan-Salyan magistralının Şirvan şəhər ərazisində yolu keçən piyadanı avtomobil vuraraq öldürüb. Piyadanın ölümünə səbəb olan sürücü avtomobillə hadisə yerindən qaçıb.
Hüquq-mühafizə orqanları hadisəni törədən sürücünün və piyadanın kimliyinin müəyyənləşdirilməsi istiqamətində əməliyyat tədbirləri həyata keçirirlər.
Ölən piyadanın meyiti Şirvan morquna yerləşdirlib.
Faktla bağlı araşdırma aparılır.