Braziliyada polis helikopteri qəzaya uğradı: Yaralılar var
Braziliyada polis helikopteri qəzaya uğradı: Yaralılar var
Braziliyada polis helikopteri qəzaya uğradı: Yaralılar var

ÜMİDTV.com: Braziliyada Milli Təhlükəsizlik Xidmətinə məxsus helikopter qəzaya uğrayıb.
Bununla bağlı “G1” portalı məlumat yayıb.
Helikopterin Pantanal regionundakı meşə yanğınları ilə mübarizə üçün havaya qalxdığı bildirilib. Qəza Matu-Qrosu ştatının paytaxtı Kayba şəhərindən 104 kilometr aralıda baş verib.
Hadisə nəticəsində üç polis ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb. Qəzanın səbəbləri məlum deyil.