BƏSTƏSİ SEVİNC TOFİQQIZINA MƏXSUS MÖHTƏŞƏM QƏLƏBƏ KLİPİ-QARABAĞ ZƏFƏRİ VİDEO

BƏSTƏSİ SEVİNC TOFİQQIZINA MƏXSUS MÖHTƏŞƏM QƏLƏBƏ KLİPİ-QARABAĞ ZƏFƏRİ VİDEO

BƏSTƏSİ SEVİNC TOFİQQIZINA MƏXSUS MÖHTƏŞƏM QƏLƏBƏ KLİPİ-QARABAĞ ZƏFƏRİ VİDEO

ÜMİDTV:     30 ilin həsrətinə son qoyuldu.  2020-ci il Azərbaycanın tarixinə qızıl hərflərlə yazıldı.  Ordumuz torpaqlarımızı işğaldan azad etdi.  Bu zəfəri  xalqımıza Ali Baş Komandanın rəhbərliyi altında Qəhrəman Azərbaycanın zabit və əsgərləri  qazandırdı.  2020-ci il Qarabağ Zəfəri ilə tariximizə yazıldı.  Azərbaycan ictimaiyyətində  bu möhtəşəm qələbəni  hər bir azərbaycanlı özünəməxsus qaydada ürəyinə həkk etdi.

Hər zaman vətənpərvərliyi ilə seçilən Azərbaycan və Türk dünyasının sevilən bəstəkarı Sevinc Tofiqqızı  bu qalibiyyətimizi QARABAĞ ZƏFƏRİ adlı  bəstəsi ilə tarixə yazdı.   Bu tarixi bəstəni Türkiyənin məşhur simalarından olan Fatih Orhan Çakmak qələmə aldı və qürurla ifa etdi.   Qələbəmizin musiqi simvolu olan bu möhtəşəm klip Azərbaycan və Türkiyə mediasında geniş şəkildə işıqlandırıldı.  Klipdə Qalib Sərkərdənin döyüş əzmli yadda qalan və dillər əzbəri olan ifadələrini əks etdirən görüntülər də yer almaqdadır.

Həmin klipi zövqlə izləyicilərimizə təqdim edirik.  Yaşasın Qalib Azərbaycan Xalqı ! Qarabağ Azərbaycandır !