Oğuzda daha bir koronavirus xəstəsi barədə cinayət işi başlanıldı
Oğuzda daha bir koronavirus xəstəsi barədə cinayət işi başlanıldı
Oğuzda daha bir koronavirus xəstəsi barədə cinayət işi başlanıldı

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə daha bir koronavirus xəstəsinin yaşadığı ünvanı tərk etməsi müəyyən edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, COVID-19 virusunun daşıyıcısı olan rayonun Sincan kənd sakini Asif Xasıyev karantin qaydalarını pozaraq, yaşadığı ünvanı tərk edib və kənd ərazisində hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılıb. O, dərhal yaşadığı ünvana geri qaytarılıb.
A.Xasıyev barəsində Oğuz RPŞ-nin İstintaq qrupu tərəfindən cinayət işi başlanılıb.