Tanınmış bəstəkardan Ali Baş Komandana müraciət - VİDEO

Möhtərəm Prezidentimiz, Cənab Ali Baş Komandan !!!
Azərbaycan xalqına Qələbə sevincini yaşatdığınız üçün Sizə dərin təşəkkürümü bildirirəm.
Bu gün səngərlərdə Vətənin müdafiəsində dayanan əsgər, arxa cəbhədə böyük ümidlərlə yaşayan Azərbaycan xalqı məhz Sizin müdrik və uzaqgörən siyasətinizə güvənərək əzmlə mübarizəyə qatılmışlar.
Vətənini sevən hər kəs istər daxildə, istərsə də xaricdə hər zaman ölkəmizin azadlığını, xoşbəxt gələcəyini düşünməlidir və düşünür.
Cənab Prezdident!
Azərbaycan-Türkiyə qardaşlığının daha da möhkəmlənməsi naminə
atdığınız hər bir addım
Xalqımız tərəfindən çox yüksək qiymətləndirilir.
İnsanlar Sizi sevir və inanıram ki, bu sevgi əbədi yaşayacaq.
Hörmətlə: bəstəkar Sevinc Tofiqqızı.
Mənbə: amia.az
Video: umidtv