SƏS YAZISI: CƏLİLƏBAD RAYONUNDA BAŞ VERƏNLƏRDƏN SONRA SÖYÜDLÜ KƏND BƏLƏDİYYƏSİNDƏ NƏ BAŞ VERİR ? - İDDİA

ÜMİDTV: Xəbər verdiyimiz kimi, ötən gün Dövlət Təhlükəsizlik Xidmətinin uğurlu əməliyyatı nəticəsində Cəliləbad rayon İcra Hakimiyyətinin Başçısı və digər məsul şəxslərin saxlanılması barədə media və mətbuatda geniş məlumatlar dərc olundu.
Elə həmin gün Cəliləbad rayonu Söyüdlü kənd sakini, vətəndaş Şahverənov Saməddin Əligüşat oglu tərəfindən redaksiyamıza məlumat daxil oldu ki, kənd Bələdiyyəsi və həmin kəndin sakini Hidayət Ağayev tərəfindən aldadılıb.
Vətəndaş iddia edir ki, 2018-ci ildə Cəliləbad rayon Söyüdlü kənd Bələdiyyəsinin sənədləri ilə həmin kəndin sakini Agayev Hidayət İsfəndiyar oglundan 12+ 12 sot ayrı ayrılıqda torpaq sahəsi alıb. Şikayətçi qeyd edir ki, həmin vaxt Bələdiyyə sədri Rasif Həsənov olub. Daha sonra Bələdiyyə sənədinin əslini Hidayət Ağayev şikayətçidən alıb ki, torpağı onun adına sənədləşdirəcək.
Şikayətçi iddia edir ki, ona satılan torpaq sahəsi sonradan rayon İcra Hakimiyəti tərəfindən şəhid ailəsinə verilib. Şikayətçi iddia edir ki, həmin torpağa görə Hidayət Ağayevə 2000 manat pul verib, həmçinin də torpağın çatışmayan pulun bağlanması müqabilində 1800 manat dəyərində usta kimi çalışıb.
Şikayətçi redaksiyamıza torpağın sənədlərinin surətlərini və səs yazısı təqdim edib. Həmin sənədlərdən və səs yazısından da şikayətçinin haqlı olması təsdiqini tapır.
İnanırıq ki, bu reportajdan sonra aidiyyatı qurumlar məsələ ilə maraqlanacaq və lazımi tədbirləri görəcəklər.
Qarşı tərəflə əlaqə saxlamağa çalışsaqda mümkün olmadı. Qarşı tərəf mövqeyini bildirərsə işıqlandırmağa hazırıq.
Maqsud Cəbiyev Əkbər Sadıyev
Ümid Tv Cəliləbad
Daha ətraflı video reportajda.