Ceyhun Bayramovun Tehran səfəri ilə bağlı AÇIQLAMA

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov dekabrın 9-da İran İslam Respublikasına səfər edəcək.
Bu barədə İranın Azərbaycandakı səfirliyinin rəsmi “Twitter” hesabında məlumat paylaşılıb.
“Ceyhun Bayramov dekabrın 9-da İranın paytaxtı Tehrana səfər edəcək. Ceyhun Bayramov səfər çərçivəsində İran prezidenti Həsən Ruhani, parlamentin sədri Məhəmməd Baqir Qalibaf və Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani ilə görüşəcək”, - deyə qeyd edilib.
🇦🇿 xarici işlər naziri Ceyhun Bayramov dekabrın 9-da İranın paytaxtı Tehrana səfər edəcək.
Ceyhun Bayramov səfər çərçivəsində 🇮🇷 prezidenti Həsən Ruhani, parlamentinin sədri Məhəmməd Baqir Qalibaf və Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani ilə görüşəcək.
— IRAN Embassy in BAKU (@IRANINBAKU) December 8, 2020