Ərdoğan Pierre Veboya qarşı irqçi fikirləri qınadı - FOTO
Ərdoğan Pierre Veboya qarşı irqçi fikirləri qınadı - FOTO
Ərdoğan Pierre Veboya qarşı irqçi fikirləri qınadı - FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Başakşehir” texniki komandasından olan Pierre Veboya qarşı irqçi fikirlərə münasibət bildirib.
Bu barədə o, “Twitter” hesabında paylaşım edib.
“Təmsilçimiz “Başakşehir” texniki komandasından Pierre Veboya qarşı edilən irqçi fikirləri qətiyyətlə qınayıram və UEFA tərəfindən lazımi addımların atılacağına inanıram.
İdmanda və həyatın bütün sahələrində irqçiliyə və ayrıseçkiliyə qeyd-şərtsiz qarşıyıq”, - deyə o qeyd edib.
Türkiyə prezidenti qeydini “Notoracism” (İrqçiliyə yox) həştəqi ilə bitirib.