ABŞ koronavirusa qarşı peyvəndləməyə başlayır
ABŞ koronavirusa qarşı peyvəndləməyə başlayır
ABŞ koronavirusa qarşı peyvəndləməyə başlayır

ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) rəhbəri Robert Redfild bazar günü “Pfizer” və “BioNTech” şirkətlərinin koronavirus infeksiyasına qarşı peyvəndinin istifadəsinə razılıq verib.
Bu barədə RİA Novosti məlumat yayıb.
“İmmunlaşdırma Tətbiqləri üzrə Məşvərət Komitəsinin 16 yaşdan yuxarı insanlar üçün “Pfizer”in COVID-19 peyvəndinin istifadəsinə dair tövsiyəsini qürurla imzaladım. Peyvəndləmə bazar ertəsi başlayacaq”, - Redfildin açıqlamasında bildirilir.