ÜST: Son 24 saatda 585 min insan COVID-19-a yoluxub
ÜST: Son 24 saatda 585 min insan COVID-19-a yoluxub
ÜST: Son 24 saatda 585 min insan COVID-19-a yoluxub

Ümumdünya Səhiyyə Təşkilatı dünyada koronavirusa yeni yoluxma hallarının sayını açıqlayıb.
Bu barədə RT qurumun rəsmi saytına istinadən məlumat yayıb.
Statistikaya əsasən, dünyada ümumilikdə 72 milyon 196 min insan COVID-19-a yoluxub. Son 24 saatda ümumilikdə 585 min insanda koronavirus aşkarlanıb.
Koronavirusdan ölənlərin sayı ümumilikdə 1 milyon 630 mini keçib.