FLAŞ XEBER

Baxdıqdan sonra “yanan” fotoların necə göndəriləcəyi izah olundu

Baxdıqdan sonra “yanan” fotoların necə göndəriləcəyi izah olundu

Baxdıqdan sonra “yanan” fotoların necə göndəriləcəyi izah olundu

Məşhur messencerlərə baxıldıqdan sonra yox olan mesajlarla bağlı funksiya əlavə edilib.

İndi bütün “Facebook” infrastrukturunda (“Instagram” və “WhatsApp” daxil olmaqla) və “Telegram”da bu var.

“Praym”ın məlumatına görə, Rusiyanın “Roskaçestvo” Rəqəmsal Ekspertiza Mərkəzinin layihə meneceri Serqey Bodrov baxdıqdan sonra “yanan” fotoları necə göndəriləcəyini izah edib.

“Hazırda “WhatsApp”da, funksiya aktivləşdirildikdə çatdakı yeni mesajların yeddi gündən sonra yox olması ilə bağlı funksiya var. Fərdi söhbətlərdə istənilən iştirakçı funksiyanı aktivləşdirə və ya söndürə bilər, qrup söhbətlərində bunu yalnız admin edə bilər”, - deyə ekspert bildirib.

Onun sözlərinə görə, “Instagram”da göndərən şəxs çatı bağlayan kimi mesajlar yox olur.

““Telegram”da mesajı öz-özünə silmək addımını təyin edərək müəyyən bir şəxslə gizli çat qura bilərsiniz: 30 saniyə, 1 dəqiqə, 1 saat, 1 gün və 1 həftə”, - deyə o əlavə edib.

Ekspert bununla belə xüsusilə kart nömrələrini, intim fotoşəkilləri və ya həssas məlumatları göndərərkən həmsöhbətin ekran görüntülərini dərhal “skrinşot”unu çəkə biləcəyi barədə də xəbərdarlıq edib.

“Demək olar ki, bütün bu xidmətlər, həmsöhbətlərdən birinin ekran görüntüsü çəkəcəyi təqdirdə, çatın digər iştirakçıların bu barədə məlumat əldə edəcəyini iddia edir. Ancaq bəzi tətbiqetmələrdə ekranın qeyd yazısını almaqla bu qorumadan ötüşmək olar”, - deyə ekspert qeyd edir.

Bodrov, şəbəkə ilə ünsiyyət qurarkən yanlış təhlükəsizlik hissinə qapılmama və sonradan peşman ola biləcək məlumatlar, fotoşəkillər göndərməmə barədə xəbərdarlıq edib.