Əhmədnəbi erməniyə, Hacı ötən il uduzdurulduğu rəqibinə qalib gəldi

Əhmədnəbi erməniyə, Hacı ötən il uduzdurulduğu rəqibinə qalib gəldi

Əhmədnəbi erməniyə, Hacı ötən il uduzdurulduğu rəqibinə qalib gəldi

Serbiyanın paytaxtı Belqradda keçirilən Fərdi Dünya Kubokunda daha bir Azərbaycan güləşçisi erməni idmançıya qalib gəlib.

Oxu.Az-ın xəbərinə görə, az öncə sərbəst güləş millimizin dünya mükafatçısı Əhmədnəbi Qvarzatilov 1/8 finalda Fransanı təmsil edən erməni əsilli Arman Eloyana 9:5 hesabı ilə qalib gəlib. Dağıstanlı legionerimizin 1/4 finaldakı rəqibi Bolqarıstan güləşçisi Qeorqi Valentinov Vanqelov olacaq.

Xatırladaq ki, daha əvvəl iki yunan-Roma güləşi üzrə millimizin üzvləri rəqiblərinə qalib gəlmişdi.

Daha bir prinsipial görüş Olimpiya mükafatçımız, üçqat dünya və üçqat Avropa çempionu Hacı Əliyevlə Rusiya təmsilçisi Hacımurad Rəşidov arasında baş tutub. Ötən il Qazaxıstandakı dünya çempionatında mübahisəli şəkildə bu rəqibinə uduzdurulan Hacı artıq ilk dəqiqələrdən 4:0 önə keçib. Lakin daha sonra Hacımurad zədələndiyini əsas gətirərək döyüşməkdən imtina edib.

Hacının 1/4 finaldakı rəqibi qırğızıstanlı Yernəzər Əhmədəliyev olacaq.