Hacıqabulda maşın betona çırpıldı: Yaralılar var
Hacıqabulda maşın betona çırpıldı: Yaralılar var
Hacıqabulda maşın betona çırpıldı: Yaralılar var

ÜMİDTV.com: Hacıqabulda baş verən yol-nəqliyyat hadisəsi zamanı üç nəfər xəsarət alıb.
APA-nın məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Qarasu kəndindən keçən hissəsində baş verib.
“Hyundai” markalı, 10-CR-711 dövlət qeydiyyat nişanlı avtomobilin beton dirəyə dəyərək aşması nəticəsində üç nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralılar Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.