Azərbaycan millisinin baş məşqçisi nə Ronalduya, nə də Messiyə səs verdi

Azərbaycandan baş məşqçi, kapitanların və futbol jurnalistinin FIFA-nın “The Best” mükafatı üçün kimə səs verdiyi bəlli olub.
Ali futbol qurumunun saytı Azərbaycandan kimlərə səs verildiyini təqdim edib:
Ən yaxşı qadın komandaların baş məşqçisi
Siyasət Əsgərov (baş məşqçi): Ema Heys, Luis Kortes, Sarina Viqman
Aysun Əliyeva (kapitan): Ema Heys, Luis Kortes, Sarina Viqman
Rasim Mövsümov (media): Jan-Lük Vasö, Ştefan Lerx, Luis Kortes
Səsverməyə əsasən səslərin cəmi belə olub: Sarina Viqman – 26, Jan-Lük Vasö – 20, Ema Heys – 12
Ən yaxşı kişi komandaların baş məşqçisi
Canni De Byazi (baş məşqçi): Yürqen Klopp, Xulen Lopeteqi, Zinəddin Zidan
Maksim Medvedev (kapitan): Yürqen Klopp, Zinəddin Zidan, Hans-Diter Flik
Rasim Mövsümov (media): Hans-Diter Flik, Yürqen Klopp, Zinəddin Zidan
Cəmi: Yürqen Klopp – 24 (milli komandaların baş məşqçilərinin seçimi əsas götürülüb), Hans-Diter Flik, Marselo Byelsa – 11
Ən yaxşı qadın futbolçu
Siyasət Əsgərov (baş məşqçi): Cenifer Hermoso, Karolina Hansen, Lusi Bronz
Aysun Əliyeva (kapitan): Cenifer Hermoso, Samanta Kerr, Karolina Hansen
Rasim Mövsümov (media): Pernila Harder, Cenifer Marojan, Vivian Midema
Cəmi: Lusi Bronz – 52, Pernila Harder – 40, Vendi Renar – 35
Ən yaxşı kişi futbolçu
Canni De Byazi (baş məşqçi): Robert Levandovski, Məhəmməd Salah, Kevin De Bröyne
Maksim Medvedev (kapitan): Robert Levandovski, Kriştianu Ronaldu, Serxio Ramos
Rasim Mövsümov (media): Robert Levandovski, Sadio Mane, Serxio Ramos
Cəmi: Robert Levandovski – 52, Kriştianu Ronaldu – 38, Lionel Messi – 35 xal.