YARDIMLI ŞƏHİDLƏRİ: ÖLÜM SEVİNMƏSİN QOY!

«Vətən, torpaq yolunda özünü qurban verənlərin xatirəsi qəlbimizdə daim
yaşayacaq, onların şücaəti Azərbaycan
xalqının tarixinə qızıl hərflərlə yazılacaqdır .H.Ə. Əliyev
Azərbaycan xalqının müasir tarixinə (XX əsr ) nəzər saldıqda görürük ki, bu dövr taleyimizdə ən qanlı fəlakətlərlə, zülm və dəhşətlərlə, həm də hünər və qəhrəmanlıqla dolu bir əsr kini daxil olmuşdur. Əgər bu əsrdə günahsız axıdılan türk - müsəlman qanını bir yerə yığmaq mümkün olsa idi, Xəzər boyda bir dərya alınardı. Buna günahsız, məzlum insanların ah - naləsini, göz yaşlarını, əzab-əziyyətlərini, fəryadını da əlavə etmək mümkün olsaydı, bu dərya daha dərin, daha sonsuz, daha faciəli görünərdi.
Bu qanlı - qadalı faciələr və qəhrəmanlıq səhifələri ilə dolu olan bir dövr də qan yaddaşımızın Qarabağ savaşı, kənardan və sapı özümüzdən olanların süni surətdə şişirtdiyi Qarabağ düyünüdür. Yeddi ilə yaxın (atəşkəsə qədər) bir dövrü özündə əhatə edən bu dövr ümumilikdə Azərbaycan xalqı üçün ağır imtahan, sınaq illəri olmuşdur. Qədim tarixə malik, ulu torpağın keşməkeşli, fatehlərin könlündən keçirdiyi, lakin sahib ola bilmədiyi, dilbər guşəsi Qarabağ uğrunda gedən müharibə respublikamızın ucqar nöqtələrində, dağlarında, daşlarında da öz əksini tapdı. Bu faciə hamımızın içindən keçdi. Ağlayanla ağladıq, döyüşənlə döyüşdük. Birimizin kədəri, fərəhi hamımızın oldu. Vətənin bir parçası olan Yardımlıda bu ağrı - acıları hamı dərk edir, ona biganə qalmır, əllərindən gələni əsirgəmirdi. Qarabağ ağrı - acısı ulu Yardımlı torpağında da dərin izlər buraxdı. Vətən uğrunda ölüm - dirim savaşında qəhrəman oğullar mərdliklə sinə gərdilər. Bu qəhrəmanlıq mücadiləsinə gedənlərdən « qayıdanlar» da var. Vətən uğrunda Şəhid adı alıb qayıdanlar. Şair Vahid Qasımzadə yazır:
« Qəzəbi ürəyə sıxıb getdiniz,
Düşmənə nifrətlə baxıb getdiniz.
Yoxsa birdəfəlik çıxıb getdiniz?!
Gözəllərin yanağında xaldınız
Vətən oğulları, harda qaldınız?! »
Əbədi həyata qovuşmağın, əbədiləşməyin yolları çoxdur. Görünür, Tanrı şəhidliklə əbədi həyata qovuşmağı bizim taleyimizə, tariximizə dönə - dönə yazmışdır. Əbədi həyat qazanmağın ən alisi, müqəddəsi şəhidlikdir. İslam peyğəmbəri demişdir: «Şəhid ölənə qədər ata-anasının, öləndən sonra isə bütün İslamiyyətin övladı olur. Şəhidlik əbədi həyatdır.» İnsanın ən başlıcası Vətəni olmalıdır. Vətənsiz insan ola bilməz. Vətən yoxdursa, vətəndaş da yoxdur. Vətən – uğrunda ölən varsa, Vətəndir.
Bədnam qonşumuz Ermənistanın bizə qarşı elan olunmamış müharibəsində torpaqlarımızı yağı düşməndən qorumaq üçün bütün azərbaycan oğulları kimi Yardımlı gəncləri də səfərbər oldular. Torpaqlarımızın müdafiəsində canlarını qoydular. II Cahan savaşında olduğu kimi Yardımlı oğullarının qəhrəmanlığı adla deyilirdi. Atalarının yolu ilə gedən oğullarımız əsl kişi kimi döyüşdülər. 80 - ə qədər şəhid verdik, 26 gəncimiz müharibədən şikəst qayıtdı. 130 döyüşçümüz müharibə veteranı adını aldı. Onların adları rayonun tarixinə böyük hərflərlə yazıldı. Bu qan yaddaşımızın silinməyən səlnaməsidir. Yaşının azlığına baxmayaraq bütün bölgədə ağsaqqal kimi tanınan, cəddinə sığındığımız rəhmətlik Mir İsa ağa deyirdi: « Şəhidlər bizim ən igid, cəsur, qorxmaz, bu günkü və gələcək nəslə nümunə olan şərəfli həyat yolu keçmiş oğullarımızdır. Biz hamımız onların ruhu qarşısında borcluyuq.»
Azərbaycan öz torpaqlarının daimilik işğal altında qalmasına biganə qala bilməzdi. Ermənistanın təxribat-pozuculuq əməllərinə qarşı Azərbaycan odrusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvəllərinə qarşı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra cild-cild kitablar yazılacaq, filmlər çəkiləcəkdir. Amma öncədən əminliklə demək olar ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və əsgər-zabitlərimizin ruh yüksəkliyi idi.
Azərbaycan döyüşlərdə hərb tarixinə yenilik kimi düşən strategiyanın tətbiqi ilə ən müasir silahlardan istifadəyə xüsusi önəm verdi. Nəticədə həm sürətlə irəlilədi, işğal altındakı ərazilərimizi yağılardan təmizlədi, həm də düşmənin bütün hərbi texnikasını darmadağın etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. Bununla da beynəlxalq təşkilatların 30 il ərzində edə bilmədiklərini Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qısa müddətdə gerçəkləşdirdi. Məhz onların səyi nəticəsində iflic vəziyyətə düşən Ermənistan ordusu arsenalında olan köhnə və istismar müddəti bitmiş silah sistemlərini də döyüşə cəlb etdi və nəticəsi rüsvayçı şəkildə uduzmaq oldu. Bununla da Silah¬lı Qüvvələrimiz “Ermənistan ordusunun məğlubedilməzliyi” mifini darmadağın etdi. Beləliklə, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlanan Vətən müharibəsi şanlı qələbə ilə sona çatdı, 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək, böyük zəfərə imza atdı.
Ordumuzun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatları nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayo¬nun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik yağılardan təmizləndi.
Müharibə dövrü Yardımlı rayonu da müharibə qanunları ilə nəfəs aldı. Yardımlı rayon İcra Hakimiyyəti, idarə-müəssisələr, eləcə də ictimaiyyət nümayəndələri cəbhəyə müxtəlif yardımlar göndərir, əsgər ailələri daim diqqətdə saxlanılırdı. Qalibiyyətli Vətən müharibəsində Yardımlı igidləri də cəbhənin ən qaynar nöqtələrində əzmlə, yüksək peşəkarlıqla öz sözlərini dedilər, düşmənə layiq olduğu, haqq etdiyi yeri göstərdilər. Kəmiyyət və keyfiyyət dəyəri milyon illərlə ölçülən 44 günlük azadlıq mübarizəsində Yardımlıdan cəbhəyə yola salınan igid oğullardan 25 nəfəri Tanrı dərgahında da, dövlətimizdə də, elə cəmiyyətimizdə də ən yüksək məqama – şəhidlik zirvəsinə yüksəldi. Eləcə də gərgin döyüşlərin gedişində 112 vətənpərvər oğlumuz yaralanaraq qazi kimi Vətən müharibəsini başa vurdular.
Şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyirik! Onları Siz də tanıyın:
1. MAXE Zeynalov Cavid Vaqif oğlu-1990-cı ildə Yardımlı rayonunun Mirimli kəndində anadan olmuşdur. 30 sentyabr 2020-ci ildə dəfn olunmuşdur.Ailəli idi.
2. MAXE Əliyev Elçin Sarvan oğlu-1995-ci ildə Yardımlı rayonunun Kürəkçi kəndində anadan olmuşdur.30 sentyabr 2020-ci ildə dəfn olunmuşdur. Subay idi.
3. Əsgər Rzalı Əli Nuru oğlu-2002-ci ildə Yardımlı rayonun Bilnə kəndində anadan olmuşdur.02 oktyabr 2020-ci ildə dəfn olunmuşdur. Subay idi.
4. Əsgər Məmiyev Elmir Zamin oğlu-2001-ci ildə Yardımlı rayonunun Kürəkçi kəndində anadan olmuşdur. 04 oktyabr 2020-ci ildə dəfn olunmuşdur.Subay idi.
5. Əsgər Qarayev Amal Ədalət oğlu – 2001-ci ildə Yardımlı rayonunun Ərus kəndində anadan olmuşdur.05 oktyabr 2020-ci ildə dəfn olunmuşdur. Subay idi.
6. Gizir Eyniyev Tərlan Gölişad oğlu-1993-cü ildə Yardımlı rayonunda anadan olmuşdur.07 oktyabr 2020-ci ildə dəfn olunmuşdur. Subay idi.
7. Əsgər Zahidli Zahid Azad oğlu – 2001-ci ildə Yardımlı rayonunun Dəlləkli kəndində anadan olmuşdur.08 oktyabr 2020-ci ildə dəfn olunmuşdur. Subay idi.
8. Əsgər Alışanov Amal Seyfəddin oğlu-2001-ci ildə Yadımlı rayonunun Qabaqdibi kəndində anadan olmuşdur. 08 oktyabr 2020-ci ildə dəfn olunmuşdur. Subay idi.
9. Gizir Səfərov Saleh Rzaxan oğlu – 1983-cü ildə Yardımlı şəhər Ünəç küçəsində anadan olmuşdur. 11 oktyabr 2020-ci ildə dəfn olunmuşdur. Ailəli idi.
10. Gizir Sahratov Cavid Əlikömək oğlu-1981-ci ildə Yardımlı şəhəri Əsədabad küçəsində anadan olmuşdur. 18 oktyabr 2020-ci ildə dəfn olunmuşdur. Ailəli idi.
11. Zabit Məmiyev Valeh İsbat oğlu-1994-cü ildə Yardımlının Kürəkçi kəndində anadan olmuşdur.24 oktyabr 2020-ci ildə dəfn olunmuşdur. Subay idi.
12. Əsgər Eminli Rüstəm Mais oğlu-1999-cu ildə Yardımlının Horonu kəndində anadan olmuşdur. 02 noyabr 2020-ci ildə dəfn olunmuşdur. Subay idi.
13. Leytenant Aslanov Tural Elşən oğlu-1992-ci ildə Yardımlının Çayüzü kəndində anadan olmuşdur.07 noyabr 2020-ci ildə dəfn olunmuşdur. Subay idi.
14. Əsgər Talıbov Elməddin Məmməd oğlu-1998-ci ildə Yardımlının Şıxlar kəndində anadan olmuşdur. 07 noyabr 20209-ci ildə dəfn olunmuşdur.
15. Əsgər Mirzəyev Şamil Afiq oğlu-1996-cı ildə Yardımlı şəhəri C.Həsənov 1 ünvanında anadan olmuşdur. 11 noyabr 2020-ci ildə dəfn olunmuşdur. Subay idi.
16. MAXE Mirzəyev Sarvan Əli oğlu-1995ci ildə Yardımlı rayonunda anadan olmuşdur. 11 noyabr 2020-ci ildə ddəfn olunmuşdur. Ailəli idi.
17. MAXE Şirbəyli SirusHamil oğlu-1996-cı Yardımlının Zevin kəndində anadan olmuşdur. 11 noyabr 2020-ci ildə dəfn olunmuşdur. Subay idi.
18. Əsgər Məstəliyev Nurəddin Hasil oğlu-2000-ci ildə Yardımlı rayonunda anadan olmuşdur. 13 noyabr 2020-ci ildə dəfn olunmuşdur. Subay idi.
19. Gizir (feldşer) Feyziyuev Sadiq Tahir oğlu-1993-cü ildə Yardımlı rayonunun Zevin kəndində anadan olmuşdur. 18 noyabr 2020-ci ildə dəfn olunmuşdur. Ailəli idi.
20. Əsgər Sultanlı Elşən Nazim oğlu-2001-ci ildə Yardımlının Teşkan kəndində anadan olmuşdur. 18 noyabr 2020-ci ildə dəfn olunmuşdur. Subay idi.
21. Əsgər Abışov Zəka Zakir oğlu-2001-ci ildə Yardımlı rayonunun Şəfəqli kəndində anadan olmuşdur. 23 noyabr 2020-ci ildə dəfn olunmuşdur. Subay idi.
22. Əsgər Mayıllı Mahmud Əflatun oğlu-2002-ci ildə Yardımlı rayonunun Avaş kəndində anadan olmuşdur. 30 noyabr 2020-ci ildə dəfn olunmuşdur. Subay idi.
23. MAXE Rufullayev Rasim Yadigar oğlu-1997-ci ildə Yardımlı rayonunun Zevin kəndində anadan olmuşdur. 07 noyabr 2020-ci ildə dəfn olunmuşdur. Subay idi.
24. Zabit Mansurov Elçin Elşən oğlu-1984 Yardımlı rayonunda anadan olmuşdur. 27 sentyabr 2020-ci ildə dəfn olunmuşdur. Subay idi.
25. MAXE Cəfərli Cəfər Babacəfər oğlu-1999cu ildə Yardımlı rayonunun Avun kəndində anadan olmuşdur. 14 dekabr 2020-ci ildə dəfn olunmuşdur. Subay idi.
Şəhidlərimizin şahidi adlanırıq biz. Onlar daimilik, ölməzlik, əbədiyaşar bir həyat qazandılar bu millətin tarixində. Biz olmayanda da onlar yaşayacaqlar!
Allah Sizə rəhmət eləsin! Qəbriniz nurla dolsun!
Canı, qanıyla Vətən sipərinə çevrilmiş qazilərimizi, eləcə də əzmlə Vətən keşiyində duran əsgər və zabitlərimizi Tanrı qorusun!
Doğru deyiblər ki, heç nə unudulmur, heç kəs yaddan çıxmır. Biz torpağımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhid oğullarımızın ömür yoluyla fəxr edir, onların adlarını uca tuturuq. Onlar cismən həlak olsalar da mənən yenə bizimlədirlər və bu günkü həyatımızın sürətli axarında onların da payı vardır. Milli ordumuzda canla-başla qulluq edən oğullarımız onların kişilik məktəblərini ləyaqətlə davam etdirirlər.
Əkbər Sadıyev ÜmidTv Yardımlı