Əmək pensiyalarının hesablanması qaydasının dəyişdirilməsi ilk oxunuşda qəbul edildi

Əmək pensiyalarının hesablanması qaydasının dəyişdirilməsi ilk oxunuşda qəbul edildi

Əmək pensiyalarının hesablanması qaydasının dəyişdirilməsi ilk oxunuşda qəbul edildi

ÜMİDTV:   Milli Məclisin bu gün keçirilən plenar iclasında “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

“Report” xəbər verir ki, qanuna təklif edilən dəyişikliklə əlilliyə görə əmək pensiyasının məbləğinin hesablanması qaydası dəyişdirilir. 

Belə ki, hazırkı qanunvericiliyə əsasən, əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 192-yə olan nisbəti şəklində müəyyənləşdirilir.