Rüşvət, mənimsəmə — Səfura Əlizadənin atası məhkəmə qarşısında - FOTO

Rüşvət, mənimsəmə — Səfura Əlizadənin atası məhkəmə qarşısında - FOTO

Rüşvət, mənimsəmə — Səfura Əlizadənin atası məhkəmə qarşısında - FOTO

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilən Xarici İşlər Nazirliyinin İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadənin bu gün məhkəməsi keçiriləcək.

ÜMİDTV-  xəbər verir ki, DTX istintaq orqanının vəsatəti əsasında prokuror təqdimat verərək S. Əlizadənin həbsdə qalma müddətinin uzadılmasını istəyib.

Təqdimata bu gün Səbail rayon məhkəməsinin hakimi Şəhla Süleymanovanın sədrliyi ilə baxılacaq.

Səlim Əlizadə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət alma maddələri ilə təqsirləndirilir.

Qeyd edək ki, Səlim Əlizadə “Eurovision” mahnı müsabiqəsinin iştirakçısı, tanınmış müğənni Səfura Əlizadənin atasıdır.