Müasir Azərbaycandan gələcəyə doğru İlham Əliyevlə irəli deyirik !-Rəhman Cəbiyev ÜmidTv

ÜMİDTV: Sovet İmperiyasının əsarətindən qəhrəman Azərbaycan vətəndaşlarının qanı hesabına qurtulan Azərbaycan xalqı, tarixdə ilk dəfə ümumxalq birliyi sayəsində dövlət müstəqilliyini bərqərar etdi. Azərbaycan müstəqil dövlət kimi rəsmən tanınsa da, daxili çəkişmələr üzündən ölkədə özbaşınalığın pik həddə çatması dövlət müstəqilliyimizi hər an təhlükə ilə üz-üzə qoymuşdu. Torpaqlarımızın 20%-nin işğal olunmasının elə əsas səbəblərindən biri də ölkədə aparılan hakimiyyət uğrunda mübarizə və hakimiyyətdə olan qüvvələrin yarıtmaz siyasət yürütməsi idi. Nəticə etibarı ilə 1990-91-ci illər Azərbaycanın tarixində qara səhifə açmaqla yaddaşımıza həkk olunmuşdu.
Xalq, o dövrün hakimiyyət nümayəndələrinin yarıtmaz siyasətinin qurbanı olduğunu artıq dərk edirdi.
Tarixdə müdrikliyi ilə seçilən Azərbaycan Xalqı dağınıq vəziyyətdə olan Azərbaycanda qurtuluşun yolunu səriştəli və nüfuzlu bir siyasətçinin rəhbərliyində görürdü. Nəhayət ki, Xalq tarixi keçmişi olan, yüksək siyasi təcrübəyə malik, ictimai-siyasi nüfuzu ilə dünyada seçilən bir şəxsiyyətə-Heydr Əliyevə üz tutdu. Xalq Heydər Əliyevi səslədi, onun liderliyi altında gələcəyə doğru addımlamaq istədi. Tarixi şəxsiyyət Heydər Əliyev xalqın bu istəyini qəbul etməyə bilməzdi. Çünki Heydər Əliyev Xalqı, Xalq Heydər Əliyevi sevirdi. Məhz xalqın tələbi ilə unudulmaz şəxsiyyət Heydər Əliyevin Azərbaycana gəlişi və hakimiyyətə qayıdışı Azərbaycanın dövlət müstəqilliyini real təhlükələrdən qurtardı. Ölkədə baş verən anarxiya, səfalət və aclığa son qoydu. Heydər Əliyevin qayıdışı ilə Azərbaycanın inkişaf və çiçəklənmə dövrü başladı. Bir sözlə Azərbaycan xalqı dağınıq Azərbaycandan Yeni Azərbaycana doğru uğurla addımladı. Tarixin Yeni Azərbaycan dönəmində Azərbaycanı bütün dünya tanıdı, ölkəmizə sərmayə qoyuluşunda axın başladı və Azərbaycan iqtisadi potensialı olan güclü dövlət olraq inkişaf etmiş ölkələr sırasına daxil oldu. Heydər Əliyev Siyasi Kursunun təməli dünyanın ən inkişaf etmiş ölkələrinin Azərbaycanla barışmaq məcburiyyətində qoydu. Bax budur böyük siyasi iradə, uğurlu siyasət və yüksək nüfuzun nəticəsi !
Dahi şəxsiyyət Heydər Əliyev ölkədə Ümummilli birliyin təməl daşını qoydu və Siyasi Kursunu davam etdirmək üçün Azərbaycanı əmin əllərə etibar etməli idi. Yüksək siyasi iradə sahibi olan Ulu Öndər uzun əsrli Siyasi Kursunu davam etdirmək üçün davamçı yetişdirməklə prezident ilham Əliyevi Azərbaycan Xalqına əmanət etdi. Xalq Dahi Şəxsiyyətin əmanətinə sahib çıxdı, onu sevdi, ona dəstək oldu.
Xalqın sevgisindən və dəstəyindən güc alan prezident İlham Əliyev Azərbaycan dövlətinin daha da çiçəklənməsinin, inkişaf etməsinin təməlini qoydu. Prezident İlham Əliyev Yeni Azərbaycandan Müasir Azərbaycana doğru inkişaf strategiyasını seçdi və uğurla bu strategiyanı icra etdi.
Hər zaman xalqın yanında olan prezident İlham Əliyev, 30 il düşmən tapdağında olan torpaqlarımızın işğaldan azad edilməsi üçün ölkədə hərbi siyasi inkişaf metodikasını təkminləşdirdi. Yüksək siyasi iradəsi ilə 2020-ci ilə qədər düşmənə yerini hər zaman göstərən prezident İlham Əliyev nəhayət ki, 2020-ci ildə savaş əmri verdi. Xalq prezidentinin çağırışına dəstək verdi, gənclərimiz könüllü ordu sıralarına qatılmaqla Ali Baş komandanın ətrafında sıx birləşdi. Ali Baş Komandan İlham Əliyevin dünyaya nümunə olan hərbi siyasi taktikasını, təkminləşmiş Azərbaycan ordusu böyük şücaət göstərərək uğurla həyata keçirdi. Dünya tarixində 44 günlük müharibədə düşmənə diz çökdürən, düşmənin hərbi texnikalarını ələ keçirib özlərinə qarşı istifadə edərək ərazilərindən qovan, 44 günlük müharibədə qalib çıxan və Azərbaycanın ərazi bütövlüyünü bəpa edən ikinci bir lideri kimsə görə bilməz. Bu hərbi uğur yalnız müasir Azərbaycanın tarixində yer alır. Dünya tarixində 44 günlük Vətən müharibəsinin Qalib Sərkərdəsi kimi iz qoyan yalnız müasir Azərbaycanın Ali baş Komandanı İlham Heydər oğlu Əliyevdir.
Prezident İlham Əliyevin adı dünya tarixinə Müasir Azərbaycanın qurucusu kimi qızıl hərflərlə həkk olundu. Müasir Azərbaycanın tarixində prezident İlham Əliyev Qalib Sərkərdə olaraq 44 günlük Vətən müharibəsinin Milli Qəhrəmanı və Müasir Azərbaycanın Qurucusudur.
Allah sizə qəni-qəni rəhmət eləsin Ulu Öndər. Əmanətinizi qorumaq bizim bir xalq olaraq borcumuzdur. Prezident xalqını, xalq Prezidentini sevir !
Müasir Azərbaycandan gələcəyə doğru İlham Əliyevlə irəli deyirik !
Ümid Teleradio yayım Şirkətinin
Prezidenti Rəhman Cəbiyev / Xüsusilə ÜmidTv üçün