Vətən müharibəsində şəhid olan əsgər Sumqayıtda dəfn edildi - FOTO
Vətən müharibəsində şəhid olan əsgər Sumqayıtda dəfn edildi - FOTO
Vətən müharibəsində şəhid olan əsgər Sumqayıtda dəfn edildi - FOTO

ÜMİDTV: Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olan əsgəri dəfn edilib.
Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olan Sumqayıt şəhər sakini, 2001-ci il təvəllüdlü Yusifov Hüseyn İsaq oğlunun nəşi bu gün ailəsinə təhvil verilib.
Qəhrəman əsgər Sumqayıt Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Qeyd edək ki, H.Yusifov sonuncu dəfə ailəsi ilə sentyabrın 29-da danışıb. Həmin vaxtdan əsgərin taleyi barədə məlumat əldə etmək mümkün olmayıb. Ötən gün onun şəhid olduğu məlum olub.
Allah rəhmət eləsin!