QƏHRƏMAN QAZİMİZİ TANIYAQ - LERİK

ÜMİDTV: Vətən uğrunda savaş əmri verən Ali Baş Komandanın çağırışı ilə minlərlə gənc Lerik rayonundan səfərbər olaraq ordu sıralarına qatıldı. Bu Vətən savaşında Lerikimizin igid oğulları arasında canını vətən yolunda fəda edən şəhidlərimiz də oldu, qazilərimiz də. Allahdan şəhidlərimizə rəhmət diləyirik, qazilərimizə şəfa, əsgərlərimizə can sağlığı arzulayırıq. Bu yazımızda siz dəyərli oxucularımıza Lerikimizin daha bir fəxri olan qazimizi sizlərə tanıtdırmaq istəyirik.
Lerik rayonunun Pirasora kəndindən Vətən oğlu Baş Leytenat Bayramov Raqil Əlibala oğlu vətən müharibəsi başlayan ilk gündən könüllü olaraq ordu sıralarına qatılmış, qızğın döyüşlərin 40-cı günü Xocəvənd rayonu istiqamətində gedən döyüşlərdə ağır yaralanmışdır.
Qəhrəman igidiniz Raqil Bayramov Cənab Prezident tərəfindən "Xocavəndin azad olunmasına görə medal"ı və "Fizulinin azad olunmasına görə medal"ı ilə təltif edilmişdir.
Xatırladaq ki, Raqil Bayramov telekanalımızın baş operatoru Muqabil Huseynovun yaxın qohumudur.
Allahdan qazimizə uzun ömür can sağlığı arzulayırıq!