Dənizdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib

Dənizdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib

Dənizdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib

ÜMİDTV:     Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Milli Parkın ərazisində 1 nəfərin dənizdə batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

 

Nazirlikdən verilən məlumata görə, həyata keçirilən operativ tədbirlər nəticəsində vətəndaş Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.