Qəhrəman şəhidimiz Elfaq Nağıyev - ALLAH RƏHMƏT ELƏSİN!

Qəhrəman şəhidimiz Elfaq Nağıyev - ALLAH RƏHMƏT ELƏSİN!

Qəhrəman şəhidimiz Elfaq Nağıyev - ALLAH RƏHMƏT ELƏSİN!

Bu gün Ümid Tv olaraq daha bir şəhidimiz Elfaq Nağıyevi sizlərə tanıdacağıq! 

 
Şəhid Nağıyev Elfaq Azad oğlu 26.12.1996-cı ildə Gədəbəy rayonu Parakənd kəndində anadan olub. 2003-cü ildə Parakənd kənd tam orta məktəbində təhsil almağa başlayıb.2008ci ildən Baki şəhəri Sabunçu rayonu Zabrat1 qəsəbəsi 307 saylı məktəbdə 5ci sinifdən orta  təhsilni davam etdirib.9illik orta təhsildən sonra 2012-ci ildə Şamaxı humanitar kollecində bədən tərbiyəsi müəllimliyi ixtisasına qəbul olub.4illik kollec təhsilindən sonra  2016-cı ilin iyul ayında həqiqi hərbi xidmətə yola düşüb. 1il 6 ay xidmətini başa vurduqdan sonra nə oxuduğu ixtisas üzrə, nə də digər təklif olunan işlərin heç birini istəmədiyini hərbiçi olmaq istədiyini bildirib. 2019-cu ildə istəyinə çatdı və gizirlik kursunu keçərək N saylı hərbi hissədə gizir kimi işə başladı. 2020-ci ilin iyul ayında nişanlanmışdır. Həmin ilin sentyabrında Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə böyük şücaət göstərmiş, FÜZULİ, CƏBRAYIL, ZƏNGİLAN, QUBADLI, HADRUT qəsəbəsi  və bir neçə strateji yüksəkliklərin azad olunması uğrunda böyük igidlik göstərmişdir.Şəhid Nağıyev Elfaq HADRUT qəsəbəsinə ilk bayrağmızı sancmış, düşmanın xeyli sayda canlı qüvvəsini məhv etmiş və "QORXMAZ GİZİR" ləqəbi adına layiq görülmüşdür. 21 oktyabr 2020-ci ildə XOCAVƏND rayonunun alınması uğrunda gedən döyüşlərdə qəhramancasına Şəhid olmuşdur.
Qeyd edək ki, Elfaq ailənin böyük övladı idi, özündən iki yaş kiçik bir qardaşı var...
 
Allah rəhmət eləsin! Vətən sağolsun!
 
Elcan Məmiyev / Umid Tv