Teymur Rəcəbov Maqnus Karlsenlə heç-heçə oynadı
Teymur Rəcəbov Maqnus Karlsenlə heç-heçə oynadı
Teymur Rəcəbov Maqnus Karlsenlə heç-heçə oynadı

Şahmat üzrə “Airthings Masters”ə start verilib.
ÜMİDTV: xəbər verir ki, yarışda azərbaycanlı qrossmeyster Teymur Rəcəbov da iştirak edir.
Təmsilçimiz onlayn blits üzrə təşkil olunan turnirin ilk günündə 4 qarşılaşma keçirib.
İlk turda Danil Dubovla (Rusiya) xalları yarı bölən Rəcəbov, ikinci turda ispaniyalı Anton Quixarı (İspaniya) məğlub edib.
Ardınca Maqnus Karlsen (Norveç) və Aniş Giri (Niderland) ilə heç-heçə edən təmsilçimiz nəticədə 2,5 xal yığaraq liderlər qrupunda qərarlaşıb.
Qeyd edək ki, iki mərhələdən ibarət yarışda 12 şahmatçı mübarizə aparır. Dairəvi sistemdə keçirilən ilk mərhələdə “səkkizlik”də qərarlaşanlar mərhələ adlayacaqlar.
Turnir 2021-ci il yanvarın 3-də başa çatacaq.